Hadisə

Azərbaycanda ata gənc oğlunu bıçaqlayıb qaçdı

  • 25 Aug 2018
  • 371 baxış

XaqlTv.com report-a istinadən xəbər verir ki, gecə saatlarında Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Əmisinin evinə qonaq gələn Sabirabad rayonunun Azadakənd sakini, 1999-cu il təvəllüdlü Abasov Əli Nizami oğlu atası tərəfindən bıçaqlanıb. Ə.Abasov daxilə nüfuz edən qarının ön divarının kəsilmiş-deşilmiş yarası, həmçinin qara ciyərin zədələnməsi diaqnozu ilə ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən 19 yaşlı gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.

Hadisə yerindən qaçan atanın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR