Hadisə

Əsrin ən güclü daşqını 324 can aldı - FOTO

  • 18 Aug 2018
  • 155241 baxış

Hindistanın Kerala əyalətində davam edən güclü yağışlar əsrin ən güclü daşqınına səbəb olub.

XalqTv.com bildirir ki, BBC-nin yaydığı məlumata görə, daşqın bu günə qədər 324 nəfərin ölümünə səbəb olub, 200 min insan sığınacaqlara yerləşdirilib. Keralanın əsas hava limanının 26 avqusta qədər bağlı qalması gözlənilir. Çox sayda insan, 300 qayıq, helikopterlər xilasetmə tədbirlərinə cəlb edilib. 

Bütün Hindistanda müşahidə edilən yağış və daşqınlar ümumilikdə 930 nəfərin həyatına son qoyub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR