Dünya

Bəşəriyyətin zəka səviyyəsi getdikcə düşür

  • 16 Aug 2018
  • 151904 baxış

Son IQ testləri insanların zəka səviyyəsinin düşdüyünü göstərir.

XalqTV.com islaminsesi.info-ya istinadən bildirir ki, norveçli elm adamları insanların zəka səviyyəsinin getdikcə düşdüyünü açıqlayıb. Alimlər 1970-2009 Norveçdə əsgərliyə gedən şəxslərin İQ səviyyələrini ölçüblər. Toplam 730 min testin nəticəsi açıqlanıb.

Qeyd edək ki, XX əsrin ortalarında müşahidə olunan  IQ artması  Flynn effekti adlanır. Bu effektə əsasən insan nəsli artdıqca  IQ səviyyəsi də yüksəlir. Nəzəri olaraq belə hesablanmışdı ki, insanların ağıllanmasına təsir edən faktorlar qidalanma, səhiyyə və təhsilin artmasıdır. Ancaq norveçli elm adamları bunun  əksini sübut ediblər.

>

Belə hesab olunur ki, insanların zəka səviyyəsinin düşməsinə səbəb ətraf mühitlə və insanların həyat tərzlərində etdikləri dəyişikliklərdir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR