Dünya

Vulkanın məhv etdiyi 30 minlik əhalisi olan şəhər

Masya
Masya
  • 16 Aug 2018
  • 154848 baxış

Bu yəqin ki, heç kəsin ağlına gəlməzdi. 1902-ci ildə Martinquedəki St.Pierre şəhəri məhz bu hadisə ilə yox oldu. Əgər coğrafiyanı zəif bilirsinizsə bu şəhərin yerini qısa olaraq belə təsvir edə bilərəm: Martinque Karib dənizində, Venesueladan 600 kilometr uzaqlıqda yerləşir. Deyilənə görə Kolumb 1502-ci ildə bu adanı kəşf edib. 1902-ci ilin may ayında bu adanın hər iki bölgəsindən Fransa üçün nümayəndələr seçmək üçün seçkilər olacaqdı.

XalqTV.com islaminsesi.info-ya istinadən bildirir ki, bu seçkilər adada böyük siyasi dəyişikliyə aparıb çıxaracaqdı. Adada iki ildir hakimiyyətdə olan ağların "İrəliləyiş" Partiyası ilə yerli əhalini-qaradərili və mulatları təmsil edən "Radikal" Partiya üzbəüz idilər. 3 il öncə 1899-cu ildə qaradərili bir nəfər senator vəzifəsinə qədər gedib çıxmışdı. Təbii ki, ağlar buna ikinci dəfə imkan vermək istəmirdilər. Adada varlı ilə kasıb, ağla qara üz-üzə qalmışdı. Lakin hamısı unutmuşdu ki, üstündə davaya çıxdıqları bu yer çox az zaman içində hamısına məzar olacaq.

Aprel ayında dağ guruldamağa başladı. vulkanın ağzından kül və tüstü insanlara xəbərdarlıq etdi. St.Pierre şəhərinin küçələri küllə örtülməyə başladı. Hər kəs həyəcanlı idi, amma heç kəs vali Mouttet qədər ola bilməzdi. O 7 ay öncə Fransa hökuməti tərəfindən bura təyin olunmuşdu və "Radikal" partiyası seçkilərdə qazansaydı bu onun üçün utanc mənbəyi olacaqdı. Ehtiyacı olan ən son məsələ insanların adanı tərk etməsi olardı. Ona görə insanlara qaçmaqdan söz açmadı. Çünki onsuzda qaradərililər, yox ağdərililər gedəcəkdi. Pul onlarda idi. Bu isə bəri başdan uduzmaq idi.

O adanın ən böyük qəzetlərindən biri olan Les Coloniesi vulkanın təhlükə kəsb etmədiyini və qorxunun qəsdən "Radikal" partiya tərəfindən yaradıldığını yazmaq üçün razı saldı. Qəzet illərdi bütün məsələlərdə iqtidarı dəstəkləmişdi. Redaktor razılaşdı, axı maliyyəni vali təmin edirdi. 3 mayda vulkan şiddətləndi və kül, lava bir dağ kəndini yox elədi.

>

Amerika səfiri hadisə barədə ölkəsinə teleqraf göndərsə də, vali Mouttet o teleqrafın yerinə öz mesajını göndərdi. Vəziyyətin yaxşı olduğunu yazdı. Lakin belə olmadı. Vulkan şiddətləndi. Vulkana yaxın yaşayan yüzlərlə insan həlak oldu. Sağ qalanlar hamısı St.Pierre şəhərinə toplandılar. Şəhərin əhalisi 30 minə çatdı. Hər kəs valinin köç əmrini gözləməyə başladı. Lakin vali bunun əksinə əmrlər yağdırırdı. Elə bu hadisənin gedişində 7 mayda St. Vincent adasındakı Soufriere vulkanı partladı və 2 min insan yanaraq kül oldu. Bu vulkanın püskürməsini özlərinə nicat hesab edən St. Pierre şəhərinin sakinləri azca sakitləşdi. Onlar güman etdilər ki, bu onların vulkanındakı təzyiqi azaldar. Eyni gecə vali "Müstəqillik" otelinə gəldi və orada güclü qonaqlıq verdilər. Onlar xalqın etibarını qazanmaq üçün şəhərə gəlmişdilər. Vəziyyətin ciddiliyini görüb şəhərin boşaldılmasına qərar verdi. Lakin bunu səhər kilsədə "Şərab və Çörək" ayinindən sonraya saxladı. Amma bu olmadı. Səhər 07:59 vulkan püskürdü. Sürəti saatda 100 kilometri aşan lava şəhərin üstünə axdı.

Bu şəhərdən alınan son mesaj-teleqraf 08:52 də oldu. 1 dəqiqə sonra Pouyer-Quertier adlı gəmidən göndərilən teleqramda şəhərin yox olduğu deyildi. Adada insanların qaçaraq özlərini okeana atmaları və kül olduqları görünürdü. Almaniya, ABŞ və Fransa yardımı St. Vincent adasına göndərirdilər. Onlar bu adanın da kül olduğundan xəbərsiz idilər. Əlbəttə xilasetmə işlərinin bir xeyri olmadı. Bu vulkan püskürməsi əsrin 3 ən böyük partlayışlarından biri idi. Şəhər tamamilə yox olmuşdu. Şəhərin xarabalığına girən xilasetmə işçiləri cəmi 3 nəfər tapdılar. Onlardan biri Yvette Montferrier adlı evdar qadın olub. Bir xəndəkdə ilişib qalmışdı. Çox yaşamadı. İkinci bir şəxs isə 28 yaşlı pinəçi Leon Compere-Leandre olmuşdu. Onun evini əlindən almışdılar. O da mübarizə aparmaq üçün evinin zirzəmisində qaçıb gizlənmişdi. Hadisə bitəndən sonra evin zirzəmisindən çıxan pinəçi hər kəsin öldüyünü və evinin də yox olduğunu görüb mat qaldı. Lavadan qolları və ayaqları yansa da, 1936-cı ilə qədər yaşaya bilmişdi.

Ən maraqlı tale isə üçüncü adamın - bir məhkumun taleyi idi. Bu son sürprizin 19 yaşı var idi. Yeraltı həbsxanada idi. O ağdərili bir fransızı öldürməkdə ittiham olunurdu və edama məhkum olmuşdu. 3 gün hücrədə qaldı. Yanmışdı və hücrəsi də lava çuxurları ilə dolmuşdu. Onu xilas etdilər. Cəzasını azaltdılar. Sonra isə azad etdilər. Daha sonralar sirkdə işlədi. Göstərdiyi tamaşa isə o qaldığı hücrənin eynisini insanlara göstərmək idi. 1929-cu ildə vəfat etdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR