Dünya

Ərdoğanla Makron nələri müzakirə etdi?

  • 16 Aug 2018
  • 155290 baxış

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransanın prezidenti Emmanuel Makronla telefonda danışıb.

XalqTV.com bildirir ki, Ərdoğanla Makron iki ölkə arasındakı münasibətlər və regional proseslərlə bağlı müzakirə aparıb.

Liderlər iki ölkə arasındakı iqtisadi münasibətlərin genişləndirilməsi məsələsinə də toxunublar. Ərdoğanla Makron iki ölkənin maliyyə nazirlərinin yaxın günlərdə görüşü haqqında razılaşıblar.

Makron Türkiyə iqtisadiyyatında sabitliyin Fransanın maraqlarına uyğun olduğunu bildirib. /publika.az

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR