Siyasət

Ankara və Moskva vizaları qismən ləğv edəcəklər

  • 16 Aug 2018
  • 152509 baxış

Ankara və Moskva türkiyəli iş adamları və dövlət məmurları üçün vizaların ləğvinə dair razılığa gəliblər.

XalqTV.com oxu.az-a istinadən bildirir ki, belə bəyanatla Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu çıxış edib.

"Biz Türkiyə iş adamları, xüsusən ağır yük daşıyan avtomobillərin sürücüləri, həmçinin rəsmi və xidməti pasportları olan şəxslər üçün vizaların ləğvinə dair razılığa gəldik.

Qurban bayramından sonra birgə işçi qrupunun iclası keçiriləcək və biz bu məsələni müzakirə edəcəyik", - nazir deyib.

Çavuşoğlu Ankaranın iki ölkə arasında viza rejiminin tamamilə ləğv edilməsində maraqlı olduğunu vurğulayıb.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR