idman

\"Mançester Siti\"nin aparıcı futbolçusu zədələnib

  • 15 Aug 2018
  • 155340 baxış

İngiltərənin "Mançester Siti" klubunun aparıcı futbolçularından hesab olunan Kevin de Bruyne zədələnib. 

XalqTV.com report.az-a istinadən bildirir ki, 27 yaşlı yarımmüdafiəçi məşqdə dizindən xəsarət alıb. Onun zədəsinin ciddi olduğu bildirilir. Belçikalı oyunçunun zədəsinin bərpası ilə bağlı məlumat olmasa da, onun, təxminən, iki aydan çox yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur. 

Qeyd edək ki, Kevin de Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR