Siyasət

Putin Şimali Koreya lideri ilə görüşə razılaşdı

  • 15 Aug 2018
  • 154972 baxış

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın teleqramına cavab verib.

XalqTV.com modern.az-a istinadən bildirir ki, Putin KXDR-nın liderinin görüş təklifi barədə teleqramına müsbət cavab verib.

"Mən ikitərəfli əlaqələrin və vacib regional aktual məsələləri müzakirə etmək üçün sizinlə tezliklə görüşməyə hazır olduğumu təsdiq edirəm" - Putinin cavab teleqramında bildirilib.

Rusiya prezidenti Inı və şimali koreyalıları "ümumxalq bayramı" münasibəti ilə təbrik edib.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR