idman

Azərbaycan UEFA reytinqində irəlilədi

  • 15 Aug 2018
  • 155241 baxış

> >

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

XalqTV.com Report-a istinadən xəbər verir ki, buna "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Belarusda BATE ilə 1:1 hesabı ilə heç-heçə etməsi səbəb olub. Borisovda qeydə alınan bərabərlik sayəsində 0,125 xal qazanan Ağdam klubu ölkənin xal ehtiyatını 18,250-yə çatdırıb.

Nəticədə Azərbaycan İsraili qabaqlayaraq 24-cü pilləyə yüksəlib. Avrokuboklarda qələbəyə görə 0,250, heç-heçə halında isə 0,125 reytinq xalı verilir.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda BATE-yə 0:1 hesabı ilə məğlub olan "Qarabağ" ÇL ilə vidalaşıb. Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

> > times=""> > > /> > 
times=""> > 
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
Milli üzvü oynadı, komandası xal itirdi
Açıq bağlı ofis binası - FOTO
Açıq bağlı ofis binası - FOTO
  • 06 May 2017
  • 99268 baxış
Bella Hədid və başqaları - FOTO
Bella Hədid və başqaları - FOTO
  • 06 May 2017
  • 32664 baxış
Unikal daş kilsə - FOTO
Unikal daş kilsə - FOTO
  • 06 May 2017
  • 54655 baxış
Fərdi kompüterlərin satışı azalıb
Fərdi kompüterlərin satışı azalıb
  • 06 May 2017
  • 37362 baxış