SAĞLAMLIQ

Duz ürəyin fəaliyyəti üçün mühüm vasitədir

  • 14 Aug 2018
  • 152424 baxış

Adətən duzun insan orqanizminə həddən artıq mənfi təsir göstərdiyi söylənilir. O, əksər hallarda mayenin bədəndə qalmasına və arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır. Kanadalı ekspertlər isə xörək duzunun zərəri barədə hər gün eşitdiyimiz mülahizələri təkzib edirlər. Onların fikrincə, duzdan orta miqdarda istifadə edilərsə, bu, ürək-damar sistemi üçün faydalı olar.

XalqTV.com bildirir ki, AZƏRTAC-ın Rusiyanın tibb saytlarına istinadla verdiyi xəbərə görə, alimlərin fikrincə, duzun gündəlik miqdarı Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 5 qramdan azacıq artıq olarsa, bundan sağlamlığa ziyan dəyməz. Rasionda duz çatışmazlığı isə, əksinə, infarkt təhlükəsi yaradır.

>

Bu nəticələr 21 ölkədən 94 mindən çox insanın sidik nümunələri analizinin və digər göstəricilərin yekunları əsasında qeydə alınıb. Məlum olub ki, duzdan çox istifadə edilməsi ilə ürək xəstəlikləri arasında bağlılıq təkcə Çin üçün aktual olub. Ehtimal ki, buna səbəb soyadan hazırlanmış souslardan hər yeməkdə istifadə olunmasıdır (sutkada 12,5 qram duz). Bütövlükdə, ekspertlərin sözlərinə görə, gündə 1 çay qaşığı duzdan istifadə etmək təhlükə doğurmur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO