idman

\"İnter\" \"Monako\"nun oyunçusunu transfer edib

  • 14 Aug 2018
  • 152356 baxış

İtaliyanın "İnter" klubu Fransanın "Monako" klubundan seneqallı yarımmüdafiəçi Keyta Baldeni transfer edib. XalqTV.com  Trend-ə istinadən bildirir ki, "İnter" futbolçunu bir illik satın alma hüquqi ilə icarəyə götürüb.

Transferin 30 milyon avro təşkil edəcəyi bildirilir.

Xatırladaq ki, ötən mövsümdə Balde "Monako"nun heyətində 33 oyunda forma geyinib. 8 qol vurub və 11 məhsuldar ötürmə verib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR