idman

Hakimin səhv qərarı millimizin debütünü korladı

  • 13 Aug 2018
  • 151780 baxış

Milli komandamız Avropa Çempionatının ilk turunda Macarıstan yığması ilə qarşılaşıb.

Hissənin əvvəlində komandamızın üzvü İlkin Hacıyev təhlükəli zərbə ilə rəqibi həyacanlandırdı. Daha sonra Asif Zeynalovun zərbəsini qapıçı dəf edə bildi. Təəssüfki, daha sonra İlkin Hacıyev əzələsini dartaraq oyunu yarımçıq dayandırmalı oldu. İkinci yarının 7-ci dəqiqəsində isə Çernoqoriyalı hakim qapımıza şübhəli penalti təyin etdi. Zərbəni dəqiq yerinə yetirən Ferents Bereş matçdakı yeganə qolun müəllifi oldu. Komandamızın səylərinə baxmayaraq oyunda hesab dəyişmədi. 

Qeyd edək ki, oyundan millimizin qapımıza təyin olunan penalti ilə bağlı rəsmi etirazına cavab verilib. Çempionatın intizam komitəsi epizodun təkrarına baxdıqdan sonra çernoqoriyalı baş hakimin səhv etdiyini, həmin epizodda penaltinin olmadığı ilə qənaətinə gəlib. Yığma komandamızdan üzr istənilsə də təəssüfki nəticə dəyişməz olaraq qalıb.

Komandamızın növəbti oyunu bugün Bakı vaxtıyla saat 22:00-da Çexiya komandasına qarşı olacaq.

Azərbaycan 0:1 Macarıstan

Qol: Ferents Bereş, 27` (pen) 
Baş hakim: Qoran Akron (Çernoqoriya)
Hakim: Nemanya Lyumoviç (Çernoqoriya)
Azərbaycan: 12.Ramil Həsən-Zadə (Q), 7.İlkin Hacıyev, 8.Renat Sultanov, 10.Seymur Məmmədov (K), 11.Elvin Əlizadə, 14.Asif Zeynalov
Ehtiyat:1.Seymur Baydamirov (Q), 4.Cavid Rəcəbov, 9.Orxan Məmmədov, 17.Vüsal İsayev, 19.Eyyub Əfəndiyev, 20.Emin Əliyev, 77.Zaur Əliyev, 95.Elvin Bayramov.
Baş məşqçi: Elşad Quliyev
Macarıstan: 1.Bence Tayti (Q), 8.Marko Sos, 11.Ferents Bereş, 18.Zsolt Horvat (K), 19.Mikloş Rayz, 20.İstvan Soltesz
Eytiyat: 31.Layoş Sikur (Q), 3.Danyel Kipriç, 5.Balaş Banfalvi, 9.Riçard Rabold, 10.Atilla Nagi, 12.Roni Ribeyro Da Silva, 15.Tomaş Sovunmi, 17.Gergö Tseri, 22.Zsolt Szabo.
Baş məşqçi: Layoş Nagi

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR