idman

Nazarov oynadı, komandası ilk xalını qazandı

  • 12 Aug 2018
  • 155147 baxış

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2-ci turun oyunları keçirilib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Maqdeburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 58-ci dəqiqəsində meydana buraxılıb.

"Ersgebirge" 2 turdan sonra 1 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR