idman

Qocalmanın əsas mexanizmi açıqlandı

  • 12 Aug 2018
  • 155151 baxış

Lankaster Universitetinin, London Universitetinin kollecinin və Kvin Meri Kollecinin alimləri müəyyən ediblər ki, girdə qurdlarda qocalma orqanizmin köhnəlməsindən deyil, arzuolunmaz genlər səbəbindən baş verir. Araşdırmaçılar hesab edir ki, bu mexanizm insana da aiddir. 

XalqTV.com oxu.az-a istinadən bildirir ki, bununla bağlı "EurekAlert!" nəşri məlumat yayıb. 

Mütəxəssislərin sözlərinə görə, gənc inkişaf edən orqanizm üçün normal sayılan bioloji proses daha gec yaşlarda da orqanizmin homeostazını pozaraq davam edir. Bunun nəticəsində xərçəng, ürək-damar sisteminin pozulması və xroniki xəstəliklər yaranır. 

>

Araşdırmalar zamanı məlum olub ki, əsas rollardan birini zülalları kodlaşdıran genlər oynayır. Bu cür genlər otofagiya prosesində iştirak edən zaman hüceyrə öz komponentlərini təkrar edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR