idman

Alman klubu baş məşqçi ilə müqaviləni uzatdı

  • 12 Aug 2018
  • 155145 baxış

"Şalke" baş məşqçisi Domeniko Tedesko ilə müqavilənin müddətini 2022-ci ilin iyunun 30-dək uzadıb.

XalqTV.com bildirir ki, Goal.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb. 32 yaşlı mütəxəssislə müqavilənin müddəti 2018/19 mövsümünün sonunda başa çatırdı.

Qeyd edək ki, Todesko "Şalke"yə ötən yay başçılıq edib. Onun rəhbərliyi altında son mövsüm komanda bundesliqanı 2-ci yerdə başa vurub.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR