Dünya

Kloun-qatil 42 il həbs cəzası aldı

  • 12 Aug 2018
  • 155169 baxış

ABŞ-ın Kolorado ştatında kloun-qatil 42 il həbs cəzasına məhkum edilib.

XalqTV.com xəbər verir ki, bu haqda "Denver 7" telekanalı bildirib.

Telekanalın məlumatına görə, Kristian Qulzou Denver şəhərində restoran qarşısında 2017-ci ilin mayında 29 yaşlı kişini öldürmüşdü. Bu hadisə ictimaiyyətin diqqətini cəlb etdi.

>

Diqqətçəkən məqam ondan ibarət idi ki, polis sənədlərinə əsasən, onda ağ-qara kloun makiyajı var idi. Qatil həmçinin "Vyazov küçəsində dəhşət" (1984) filmindəki manyak qatil Freddi Kryugerin caynaqlarına oxşar təxminən beş santimetr uzunluqdakı ülgüclərin olduğu əlcək daşıyırdı.

Telekanal bildirir ki, günahkarın alacağı maksimal cəza 48 il idi. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR