Dünya

Türkiyədə pulsuz plastik torba dövrü başa çatır

  • 11 Aug 2018
  • 155174 baxış

Qonşu ölkədə oktyabr ayının sonundan etibarən plastik torbalar pullu olacaq. Bununla bütün alış-verişlərdə pulsuz plastik torba dövrü başa çatacaq.

XalqTV.com facemark.az-a istinadən bildirir ki, plastik torbalar ilə bağlı qiyməti isə ölkənin Ətraf Mühit və Şəhərsalma üzrə Nazirliyi təyin edəcək. Yeni dəyişikliyə nəzarəti isə yerli bələdiyyələr və nazirliyin əməkdaşları edəcək.

Ətraf Mühit və Şəhərsalma üzrə Nazirliyi Avropa İttifaqının qanunvericiliyinə uyğun çalışmalar çərçivəsində Qablaşdırma Tullantılarının İdarə Edilməsi haqqında Əsasnaməni ötən ilin dekabrında rəsmi qəzetdə yayımlamışdı.

Ekspertlərin qiymətləndirməsinə görə, bir ədəd plastik torbanın təbiətdə məhv olması yüz illəri alır. Yeni dəyişikliyin qəbul edilməsi ətraf mühitə pozitiv fayda verəcək. Analtiklər fikirləşir ki, yeni qaydalar supermarketlər daxil olmaqla, çox sayda iş yerlərini plastik torba yükündən xilas edəcək.

>

Qiymətləndirmələrə görə, 2019-cu il dekabrın 31-ə qədər 15-50 mikron (bir metrənin milyonda biri, millimetrin mində biri -red.) arası qalınlıqda olan plastik torbaların ölkə miqyasında illik adam başına istifadəsi 90%-i keçməyəcək, 2021-ci il dekabrın 31-də isə adam başına istifadənin 40%-i aşmayacağı gözlənilir.

Qeyd edək ki, qonşu ölkədə plastik torbaların pullu olması ilə bağlı danışıqlar hələ ötən ildən mövcuddur. Danışıqların nəticəsi olaraq qəbul edilmişdir ki, plastik torbaların pullu olması 2018-ci ilin yanvarın 1-dən tətbiq ediləcək. Amma dəyişiklik daha bir il uzadılmış 2019-cu ilin yanvarın 1-ə təyin edilmişdi. Amma görünən odur ki, yeni dəyişiklik üçün növbəti ilin gəlməsinə ehtiyac qalmayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR