Dünya

\"Netflix\"ə rəqib gəlir

  • 11 Aug 2018
  • 155187 baxış

"Disney" kompaniyası növbəti il yeni "striminq" xidmətini işə salacaq.

XalqTV.com facemark.az-a istinadən bildirir ki, "Disney"in "striminq" xidməti rəqibi "Netflix" şirkətinin servisinə oxşar olacaq. İndi şirkət şəxsi onlayn kinoteatr xidməti ilə öz şəxsi kontentini yaymağa başlayacaq. Amma "The New York Times" qəzeti yazır ki, studiya hələ öz şəkil və seriallarını "Netflix"dən yığışdırmağa tələsmir. Servisin növbəti ildən gəlir gətirəcəyi gözlənilir və onlayn kinoteatra isə Riki Ştrauss başçılıq edəcək. Ştrauss "Qara panter", "Oyanışın Gücü", "Gözəllər və canavarlar", "Tərs Üz" işləri ilə məşhurdur.

"Ştraussda istedadın unikal birləşməsi, məzmunun yaradılması və marketinq təcrübəsi mövcuddur. Bütün bunlar ona imkan verəcək ki, Disney markasının hansı tip auditoriya ilə uyğunlaşdığını anlasın", - deyə Walt Disneyin sədri Kevin Mayer onu xarakterizə edən zaman deyib.

>

Platformada təqdim edilmiş birinci ən böyük film "Kapitan Marvel" olacaq. Qiymətləndirilmələrə görə, filmin dəyəri 100 milyon və daha çoxdur. Beləliklə, o müasir televiziyada ən bahalı filmlərdən biri hesab olunacaq. Onun epizodlarının dəyəri isə "Taxt Oyunları" və "Çox qəribə işlər" filmlərinin xüsusi effektlərlə işlənmiş epizodlarının dəyərini də ötəcək. Bundan başqa, "Disney"in onlayn kinoteatrına unikal, sırf "striminq" xidməti üçün çəkilmiş filmlər daxil olacaq. Hazırda "Disney" 20-60 milyon dollar arası büdcə ilə 9 yeni layihə üzərində işləyir. Bunların arasında "Xanım və avara", "Daşdakı qılınc" kimi cizgi filmlərinin bədii uyğunlaşması da var. "Disney" əmin edir ki, onlayn kinoteatrın kolleksiyasına studiyanın nadir film və serialları daxil olacaq. Şirkətin nümayəndəsinin sözlərinə görə, "Disney" xidmətinin inkişafı üçün məzmunun keyfiyyəti əsas prioritet olacaq. Məzmunun istehsalına milyardlarla dollar xərcləyən "Amazon", "Netflix" və "Apple" xidmətləri ilə rəqabət aparmaq lazımdır.

Xatırladaq ki, "21st Century Fox" aktivlərinin hissəsinin əldə edilməsi üzrə sazişdən sonra, "Disney" korporasiyası onlayn televiziya şəbəkəsi "Hulu"da pay alıb. Ancaq onlayn kinoteatrlar bir-biri ilə rəqabət aparmayacaqlar. "Hulu" böyüklər üçün şou və filmlərin nümayiş olunduğu platforma rolunu oynayacaq. Amma "Disney"in onlayn kinoteatrı isə daha çox ailə baxışlarının toplanılması üçün nəzərdə tutulub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR