Dünya

Toy dəvətnaməsinə elə şəkil qoydular ki... - FOTO

  • 10 Aug 2018
  • 159114 baxış

Türkiyədə ailə quran bir cütlük qeyri-adi hərəkəti ilə hər kəsi heyran edib.

XalqTV.com axşam.az-a istinadən bildirir ki, Ömər Acar ilə Hazal Akseki adlı ikili qonaqları toylarına dəvət etmək üçün onlara dəvətnamə göndəriblər. Dəvətnaməni açanlar isə təəccüblərini gizlədə bilməyiblər.

Belə ki, cütlük məktəb illərində əl-ələ çəkilmiş şəklini dəvətnaməyə qoyaraq "İllər sonra heç vaxt buraxmamaq şərti ilə yenə əl-ələ tutacağıq. Sizi də aramızda görməkdən məmnun olarıq" qeydini yazıblar.

>

Ömər fotonu gördükdə özünün də təəccübləndiyini bildirib. O, şəklin məktəb illərində tədbirlərdən birində Hazalın anası tərəfindən çəkildiyini və toydan bir neçə həftə əvvəl üzə çıxardığını söyləyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR