SAĞLAMLIQ

Paxlalıların 6 faydası

  • 09 Aug 2018
  • 155205 baxış

1. Ürək sağlamlığını dəstəkləyir: Cəmiyyətimizdə görülən ürək xəstəliklərinin ən mühüm səbəbi yüksək xolesterin və doymuş yağlardan zəngin qidalanma tipidir. Halbuki paxlalıların tərkibində xolesterin və doymuş yağın olmadığına görə ürək sağlamlığını dəstəkləyir. Bu səbəblə ürək xəstələrinin həftədə iki dəfə paxlalılardan yemələri məsləhət görülür.

2. Sümükləri gücləndirir: Paxlalıların tərkibində orqanizmin bütün sistemlərinə faydalı vitamin və minerallar var. Onlardan biri də kalsiumdur. Tərkibindəki kalsium sayəsində sümük inkişafı və sağlamlığını qoruyur.

3. Sinir sistemini nizamlayır: Paxlalılar eyni zamanda B vitamini qaynağıdır. Daşıdığı B12 ilə yanaşı, tiamin, riboflavin, niasin və fol turşusu kimi B vitaminləri sinir sisteminin nizamlı işləməsinə töhfə verir.

4. Tox tutur: Paxlalı yeməklər insanın acma sürətini azaldaraq, toxluq müddətini uzadır. Bu səbəblə lif baxımından olduqca zəngin paxlalılar arıqlama pəhrizlərinin əvəzolunmaz elementi kimi də seçilə bilər.

>

5. Xərçəngə qarşı təsirlidir: Paxlalılar qalın bağırsağa müsbət təsir göstərir. Beləliklə zərərli bakteriyaları bədənimizdən uzaqlaşdıraraq kolon və düz bağırsaq xərçəngindən qoruyur.

6. İmmuniteti gücləndirir: Xəstəliklərə qarşı müqavimət göstərməyimiz üçün immunitet sistemimizin dəstəklənməsi çox əhəmiyyətlidir. Bunun üçün ehtiyac duyduğumuz vitamin və minerallardan dəmir, E vitamini, maqnezium və kalium paxlalılarda yer alır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO