idman

Avroliqanın bombardiri oğurlandı

  • 09 Aug 2018
  • 155166 baxış

Latviyanın "Ventspils" klubunun futbolçusu Adeleki Akinemi oğurlanıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bu barədə Ventspils şəhərinin eyni adlı təmsilçisinin rəsmi saytında bəyanat yerləşdirilib.

Bildirilir ki, 20 yaşlı nigeriyalı hücumçu klubun bazasına dönməyib və onun harada olduğu bilinmir: "Futbolçu qanunsuz olaraq klubun bazasını və şəhəri tərk edib. Son 10 gündə bir neçə şəxs aktiv şəkildə kluba mesajlar yazıb. Təxmin edirik ki, bu cinayətin arxasında təşkilatlanmış qrup dayanır. Bizim futboçunu geri qaytarmaq tələbinə cavab olaraq həmin şəxslər kluba təzyiq göstərir və şantaj edirlər. Adelekinin "Ventspils"də çıxışı ilə diqqətləri öz üzərinə cəlb etməsindən sonra digər klubların oyunçumuza olan marağı artıb. Oğurlayan şəxslər onun satışından pul qazanmaq niyyətindədirlər".

Hadisə ilə əlaqədar polisə müraciət edilib. Klub həmçinin FİFA və UEFA-nı işə cəlb etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Adeleke Akinyemi Avropa Liqasının 2018/2019 mövsümündə bombardirlər siyahısına başçılıq edir. O, I təsnifat mərhələsində Albaniyanın "Lyuftetari" komandası ilə hər iki oyunda het-trikə imza atıb (5:0, 3:3). Nigeriyalı forvard II raundda Fransa təmsilçisi "Bordo"nun qapısından isə bir top keçirib (0:1, 1:2).

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR