idman

Meksika millisinin sabiq üzvü Azərbaycan klubunda

  • 08 Aug 2018
  • 155254 baxış

"Səbail" heyətinə yeni futbolçu qatıb.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu transfer edib. 28 yaşlı futbolçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası əsasən ölkəsinin klubları ilə bağlı olan təcrübəli oyunçu son mövsümü Kipr "Ermis"ində keçirib. O, 2009-2011-ci illərdə Meksika millisinin də şərəfini qoruyub. Yığmada 5 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub.

Qeyd edək ki, Paçeko "Səbail"in yay fasiləsində heyətinə qatdığı 14-cü futbolçudur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR