İqtisadiyyat

\"Qərbi Abşeron\"da yeni quyu qazılır

  • 07 Aug 2018
  • 152478 baxış

SOCAR AQŞ 10 nömrəli dəniz stasionar platformasında 63 nömrəli quyuda qazma işlərinə başlayıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, "SOCAR AQŞ" MMC-dən verilən məlumata görə, quyunun dərinliyi 724 metrdir:

"Əminik ki, dəyərlərimizə sadiq qalmağa davam edəcəyik və sağlamlığa, texniki təhlükəsizliyə və ətraf mühitin qorunmasına dair tələblərə uyğun olaraq, heç bir çatışmazlıq olmadan və maksimum mümkün iqtisadi səmərə ilə təyin olunmuş vaxtdan da tez müddətdə quyunu sifarişçiyə təhvil verəcəyik".

>

Qazma işlərinin sifarişçisi "Azneft" İstehsalat Birliyidir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR