Dünya

Dolu elə yağdı ki, zooparkda heyvanlar öldü

  • 07 Aug 2018
  • 158218 baxış

ABŞ-ın Kolorado ştatında güclü dolu fəsadlara yol açıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 15 nəfər xəsarət alıb.

Bildirilir ki, böyüklüyü tennis topu qədər olan dolu dənələrinin yağması nəticəsində cox sayda bina, eləcə də avtomobillərə ziyan dəyib.

>

Daha çox fəsad isə şəhər zooparkında yaşanıb. Belə ki, həmin vaxt zooparkda olan ziyarətçilər arasında xəsarət alanlar olduğu kimi, heyvanxanaya da ziyan dəyib. Ən acınacaqlısı isə, dolu vurması nəticəsində bir neçə heyvan tələf olub.

Hazırda təbii fəlakət nəticəsində zooparka dəymiş ziyan hesablanır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR