idman

Roman Qriqorçuk ən yaxşı məşqçi seçildi

  • 07 Aug 2018
  • 155106 baxış

"Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçuk Qazaxıstanda iyul ayının ən yaxşı məşqçisi seçilib.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, hazırda "Astana"ya başçılıq edən ukraynalı mütəxəssis Peşəkar Futbol Liqasının Premyer Liqa klublarının baş məşqçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, bütün həmkarlarını qabaqlayıb. 12 məşqçidən cəmi 3-ü Qriqorçuka səs verməyib ki, onlardan da biri özü olub.

Qeyd edək ki, Qriqorçuk ötən mövsümün sonunda "Qəbələ"dən ayrılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR