Dünya

Özbək milyarder \"Arsenal\"sız qalacaq

  • 07 Aug 2018
  • 155152 baxış

Amerikalı milyarder Sten Kronke Londonun "Arsenal" futbol klubunun səhmlərinin 30 faizini rusiyalı milyarder, özbək əsilli Alişir Usmanovdan satın alacaq.

XalqTV.com İndependent-ə istinadən bildirir ki, Kronkeyə məxsus "KSE UK Inc" şirkəti Usmanovun "Red & White Securities Limited" şirkətinə 550 milyon funt-sterlinq (təqribən 712 milyon dollar) ödəyəcək.

Hər səhmin dəyəri 29400 funtdur.

Beləliklə, Kronke "Arsenal"ın səhmlərinin 100 faizinə yiyələnməyə daha da yaxınlaşacaq.

Hazırda Kronkenin "Arsenal"dakı payı 67 faizdir. O, 2017-ci ilin mayında səhmlərin nəzarət paketini Usmanova 1,3 milyard dollara satmaqdan imtina edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR