idman

Ramil Şeydayev \"Trabzonspor\"un düşərgəsinə qayıtdı

  • 07 Aug 2018
  • 155089 baxış

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun düşərgəsinə geri dönüb.  

XalqTV.com xəbər verir ki, Qara dəniz təmsilçisi bu gün çempionatın I turu çərçivəsində "Başakşəhər"ə qarşı keçirəcəkləri matçın hazırlıqlarına başlayıb. Hazırlıqlarda milli komandamızın hücumçusu da iştirak edib.  

Ramil Şeydayev iki gündür komandanın düşərgəsindən ayrılsa da, yenidən geri qayıdıb. Onun klubda qalıb-qalmayacağı hələlik bəlli olmayıb.  

Qeyd edək ki, Avstriyanın "Mattersburq" klubu Şeydayevi icarəyə götürmək istəyir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR