Dünya

Müğənni Pink xəstəxanaya yerləşdirilib

  • 07 Aug 2018
  • 158771 baxış

Amerikalı müğənni Pink virusa yoluxma səbəbindən Sidneydə xəstəxanaya yerləşdirilib.

XalqTV.com  "Report"a istinadən bildirir ki, müğənni avqustun 6-da xəstəliyə görə Sidneydəki şounu təxirə salıb.

Eyni zamanda, Pink avqustun 3-də xəstəlik səbəbindən "Beautiful Trauma" adlı dünya turu çərçivəsində ilk konsertini təxirə salıb.

İki gündən sonra müğənni bədənin susuzlaşması diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin bir sutkadan sonra evə buraxılıb.

>

Bazar ertəsi Pink mədə infeksiyası diaqnozu ilə yenidən xəstəxanaya yerləşdirilib.

Müğənninin agenti bildirib ki, o, ən azı bir gecəlik xəstəxanada qalacaq. Təxirə salınan konsertlər başqa tarixlərə təyin olunacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR