Dünya

Motorola yeni smartfonunu təqdim edib

  • 07 Aug 2018
  • 155203 baxış

"Motorola" şirkəti yeni "Moto Z3" qabaqcıl smartfonunu təqdim edib. Bu aparat "5G-dək yeniləmə" imkanına malik ilk smartfon kimi xarakterizə edilir.
 
XalqTV.com ICTnews-a istinadən bildirir ki, smartfonla birgə təqdim edilmiş "5G Moto Mod" panelinin qoşulması vaxtı smartfon beşinci nəsil mobil şəbəkəsini dəstəkləyir. Sözügedən panel 2000 milliamper/saat tutumunda əlavə akkumulyatora malikdir və 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılan ABŞ-ın "Verizon" operatorunun "5G" şəbəkəsinə girişini təmin edəcək.
 
Korpus "Corning Gorilla Glass" şüşə panelləri və alüminium çərçivədən ibarətdir. Barmaq izləri skaneri aparatın kənarında yerləşdirilib. "Moto Z3" smartfonu tərəflər nisbəti 18:9 olan 6 düymlük "Full HD+" (2160x1080 piksel) təsvir ölçülü "Super AMOLED" displey, əsas ikiqat kamera (12+12 Mp) və 8 meqapiksellik ön kamera ilə təchiz edilib.
 
Smartfon səkkiznüvəli "Qualcomm Snapdragon 835" prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili fləş yaddaş ("microSD" formatlı kartların köməyi ilə yaddaşı 2 TB-dək artırmaq mümkündür), həmçinin 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Smartfonun ölçüləri 156,5x76,7x6,75 mm, çəkisi 156 qramdır.
 
Qulaqlıqlar üçün 3,5 mm-lik konnektor mövcud deyil. Smartfon "Android 8.1 Oreo" sisteminin idarəetməsi altında işləyir. "4G VoLTE", "Wi-Fi" (802.11 ac), "Bluetooth 5 LE", "GPS" və "NFC" texnologiyaları dəstəklənir. Suya qarşı örtük nəzərdə tutulub.

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR