Dünya

Dəhşətli faciədən 73 il ötür

  • 06 Aug 2018
  • 159310 baxış

Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasından 73 il ötür.

XalqTV.com xəbər verir ki, şəhərin "Sülh Parkı"nda toplaşan Xirosima sakinləri bombanın atıldığı vaxtda, saat 08:15-də (Bakı vaxtı ilə 03.15 - red.) bir dəqiqəlik sükutla bu hadisədə həlak olmuş insanların xatirəsini yad ediblər.

Hadisə nəticəsində təxminən 140 mindən insan həlak olmuşdu.

Mərasimdə çıxış edən Yaponiyanın baş naziri Sindzo Abe bildirdi ki, Yaponiya müharibə dövründə atom bombardmanına məruz qalan tək ölkə kimi nüvə silahı olmayan bir dünya üçün yorulmadan çalışmalıdır. Onun sözlərinə görə, Yaponiya bundan sonra da üç qeyri-nüvə prinsipinə tərəfdar olacaq: istehsal etməmək, malik olmamaq və öz ərazisinə nüvə silahını idxal etməmək.

"Sülh Parkı"nda Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin müraciəti oxundu.

>

"Nüvə və qeyri-nüvə dövlətləri arasında gərginlik artır. Nüvə arsenalları yenilənir və bəzi hallarda genişlənir", - baş katib bildirib.

Xirosima meri Kadzumi Masui "Slüh Bəyannaməsi" ilə çıxış etdi. O vurğuladı ki, dünyada 12 mindən yuxarı nüvə hərbi yükü toplanıb və Xirosimaya bənzər faciə təsadüfi, yaxud da qəsdən təkrarlana bilər.

"Əgər insanlar tarixi unudacaqlarsa, dəhşətli səhv təkrarlana bilər, - meri deyib.

Nüvə silahının qadağası haqqında müqavilə 2017-ci ilin iyulunda BMT-də imzalanmışdı. Müdafiəsi ABŞ-dan asılı olan Yaponiya bu müqaviləni "nüvə və qeyri-nüvə dövlətləri arasında fikir ayrılıqlarını artırmamaq üçün" imzalamadı. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR