idman

UEFA-dan \"Qəbələ\"yə sərt cəza

  • 06 Aug 2018
  • 399 baxış

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov və oyunçusu Təmkin Xəlilzadə UEFA tərəfindən cəzalandırılıb.

XalqTV.com xəbər verir ki, bu barədə Qol.az-a klubun meneceri Zaur Əzizov məlumat verib.

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Proqress"lə cavab oyununda rəqib futbolçuya zərbə endirdiyinə görə meydandan qovulan millimizin müdafiəçisi 4 oyunluq cəza alıb. Texniki zona qaydalarını pozan  Sənan Qurbanov isə iki görüşdə  komandasını meydana çıxara bilməyəcək.

Cəzalarla bağlı UEFA-dan rəsmi məktub aldıqlarını bildirən Z.Əzizov qərarla bağlı şikayət etməcəklərini də əlavə edib.

Xatırladaq  ki, "Qəbələ" Lüksemburqdakı oyunda 1:0 hesabı ilə qalib gəlsə də, ilk matçda 0:2 hesablı məğlub olduğundan Avroliqada mübarizəni erkən dayandırıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR