SAĞLAMLIQ

Doğuşdan sonra körpəyə verilən \"ağuz südü\"...

  • 06 Aug 2018
  • 158288 baxış

Həzm orqanlarının patologiyasının uşaq yaşlarda erkən diaqnostikası və vaxtında müalicəsi insanın uzunömürlülüyü, sağlamlığı və əmək qabiliyyətinin qorunub saxlanılması baxımından çox vacibdir. Bu səbəbdən körpələrin təbii yolla, xüsusilə iki yaşadək ana südü ilə qidalanması hər dövrdə öz aktuallığını qoruyur.

Dünya Səhiyyə Təşkilatının vurğuladığı ana südü ilə qidalanmanın əhəmiyyəti hələ VII əsrdə nazil olan "Qurani-Kərimdə" öz əksini tapıb.

Ana südünün bioloji əhəmiyyəti tibb elminə çoxdan məlumdur. Araşdırmalara görə, təbii üsulla bəslənən uşaqlarda xəstələnmə və ölüm göstəriciləri süni qidalanan körpələrə nisbətən əhəmiyyətli dərəcədə aşağıdır. Təbii doğuşdan sonra ilk 30 dəqiqədən 6 və ya 10 saatadək uşağa verilən "ağuz südü" və ya "moloziva" orqanizmdə anadan uşağa keçən passiv immunitetin əsasını qoyur.

XalqTV.com bildirir ki, bu barədə AZƏRTAC-a Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova məlumat verib.

Pediatr deyib ki, ana südündə saprofit və enteropatogen bakteriyaların-eşerexiya, şigellu, enterovirus, kokk florasına qarşı antitellər, həmçinin qeyri-spesifik müdafiə faktorları-mikrofaqlar, lizosim aşkar olunub: "Ana südündə olan sekretor İmmunoqlobin A uşaqlarda infeksiyanın qarşısını alan ilk müdafiədir. Bundan əlavə, ana südünün emfositlərinə nəzər salsaq görərik ki, bir millilitr molozivada 0,5-10 milyon hüceyrə var. Onlar mədə-bağırsaq traktına düşəndə bağırsağın yerli immunitetini təmin edirlər. Ana südü qəbul edən uşaqlarda beynin qabıq analizatorlarının yaxşı yetişməsi və inkişaf etməsi səbəbindən daha çox hərəki aktivlik müşahidə olunur. Uşaq ana südü qəbul edən zaman onda impritinq deyilən hissiyyat yaranır ki, bu da uşaq və ana arasında ömür boyu qalır və körpənin gələcək davranışına öz təsirini göstərir".

G.Cavadova qeyd edib ki, ananın sağlamlığı ilə yanaşı ilin fəsilləri və xroniki xəstəliklər də ana südünün keyfiyyətinə təsir edir. Analar öz süd vəzilərinin gigiyenasına diqqət yetirməlidirlər. Süd vəzilərində mastopatiya, çatlar olmasın deyə əmizdirmədən əvvəl və sonra süd vəziləri yaxşı yuyulub silinməlidir.

>

Ana südünün miqdarının yetərli olması üçün bol maye qəbul etmək, ən azı 8 saat yatmaq, təmiz havada gəzmək, stressdən uzaq olmaq və qidalanma rejiminə fikir vermək lazımdır. Allergiyaya səbəb olan, qıcıqlanma yaradan qidalardan uzaq durulmalıdır. Körpələrin ən azı iki-üç ay əmizdirilməsi vacibdir.

Lakin bəzi istisna hallar da var. Əgər ana açıq vərəmdirsə, sifilis, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), İnsanın İmmunçatışmazlığı Virusundan (İİV) əziyyət çəkirsə, onda səpkili və qayıdan yatalaq, dizenteriya, qarayara və ya Sibir yarası varsa, narkotik maddə və alkoqollu içkilərdən asılıdırsa, bu zaman uşağı əmizdirmək olmaz.

Ümumiyyətlə onu da qeyd etmək lazımdır ki, uşaq əmizdirmək ananın sağlamlığı baxımından da çox faydalıdır. Belə ki, bu, anaların süd vəzisi xərçənginə yoluxma riskini azaldır, orqanizmdə hormonal balans yaradır, endokrin sisteminin yenidən bərpasına kömək edir.

Çənəsində və ağız boşluqlarında anadangəlmə anomaliyalar olan uşağın ana südü ilə qidalanmasında müəyyən problemlər yaranır. Lakin cərrahi əməliyyatlar vasitəsilə bu anomaliyalardan xilas olan körpələr ana südü ilə qidalana bilərlər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO