idman

Türkiyə Superkubokunun qalibi müəyyənləşdi

  • 06 Aug 2018
  • 158253 baxış

Türkiyə Super Kuboku oyununda "Akhisarspor" ölkə çempionu "Qalatasaray"la görüşüb.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">Trend-ə istinadən bildirir ki, oyun Türkiyə Kubokunun sahibi - "Akhisarspor"un qələbəsi ilə yekunlaşıb. Oyunda qalib yalnız penalti seriyasında müəyyən olunub.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yevgeniy Seleznyovun 5-ci dəqiqədə vurduğu qola "aslanlar" yalnız 79-cu dəqiqədə cavab veriblər. Fərqlənən Eren Derdiyok olub.

Penalti seriyası isə 4:5 hesabı ilə başa çatıb. "Qalatasaray"ın heyətində Bafetimbi Qomis penaltini reallaşdıra bilməyib.

Türkiyə Superkuboku

5 avqust

"Qalatasaray" - "Akhisar Genclik Spor" 1:1 pen - 4:5
Qollar: Seleznyov, 5 (0:1), Derdiyok, 79 (1:1)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR