Mədəniyyət

Küsuf namazı necə qılınır?

  • 05 Aug 2018
  • 159067 baxış

Kusuf (və ya Xusuf) namazı günəş və ay tutulduğu zaman qılınan iki rükətli səsli namazdır. Rəvayət edilir ki, Muğira ibn Şu'bə (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanında oğlu İb­ra­him vəfat etdiyi gün günəş tutuldu və insanlar: "Günəş İbrahimin ölü­münə görə tu­tulmuşdur" - dedilər. Belə olduqda, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Günəş və ay kim­sə­nin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Onların tutuldu­ğu­nu gördüyünüz zaman namaz qılın və Allaha dua edin!" (əl-Buxari, 1043).

XalqTV.com zikr.az-a istinadən bildirir ki, Günəş və ya ay tutulanda "Camaat namazına toplanın" deyib car çəkmək müstəhəbdir. Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanında günəş tutul­duqda uca səslə deyilmişdi: "Camaat namazına (toplanın)!" (əl-Buxari, 1045).

Camaat məscidə toplaşdıqdan sonra imam onlara aşağıdakı hədisdə deyilən qaydada iki rükət namaz qıldırmalıdır. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında günəş tutuldu. O, məscidə getdi və camaat onun arxasında cərgə-cərgə düzüldülər. O, təkbir (Allahu əkbər) deyib uzun-uzadı Quran oxudu. Sonra təkbir edib uzun-uzadı rüku etdi və sonra "Səmiəllahu limən həmidəh" - deyib rükudan qalxdı, amma səcdəyə getmədi. Sonra yenə uzun-uzadı Quran oxudu. Amma bu, birinci oxuduğundan az oldu. Sonra təkbir edib uzun-uzadı bir rüku etdi. Amma bu rüku əvvəlkindən az oldu. Sonra "Səmiəllahu limən həmidəh, Rabbənə və ləkəl həmd" - deyib rükudan qalxdı və sonra səcdə etdi. Sonra ikinci rükətdə də eynisini etdi. Beləliklə, o, dörd rukunu, dörd səcdə ilə tamamladı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını bitirmədən öncə günəş də görsəndi". (əl-Buxari, 1046).
Hədisdən göründüyü kimi "Kusuf" namazı dörd ruku və dörd səcdədən ibarət iki rükətli namazdır.

>

Küsuf namazından sonra xütbə vermək müstəhəbdir. Rəvayət edilir ki, Aişə (radıyəllahu anhə) demişdir: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında günəş tutuldu və buna görə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) camaata namaz qıldırdı. Namazda qiya­mı (Quranın qiraətini) uzatdı, sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və yenə qi­yamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səc­dəni uzatdı, ikinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Na­ma­zı bitirdikdə artıq günəşin üzü açılmışdı. Bundan sonra qalxıb xütbə verdi və Allaha həmd-səna edib təriflər deyəndən sonra buyurdu: "Həqiqətən də, gü­nəş və ay Allahın dəlillərindəndir. Onlar kim­sənin nə ölümünə görə, nə də dün­yaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Uca Allaha dua edin, "Allahu Əkbər" - deyin, namaz qılın və sədəqə verin...". (əl-Buxari, 1044).

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR