İqtisadiyyat

Bitcoinə sərmayə qoymağa dəyərmi?

  • 05 Aug 2018
  • 155268 baxış

Səhmlərə, istiqrazlara və qarşılıqlı investisiya fondlarına 10,000 ABŞ dollarından çox sərmayə qoyan ABŞ investorlarının dörddə biri bitcoini "çox riskli" investisiya hesab edir.

XalqTV.com bizplus.az-a istinadən bildirir ki, Gallup və Wells Fargo sosioloji bir araşdırma aparıb. ABŞ-dan olan investorlardan bitcoin haqqında fikirlərini soruşublar. Beləliklə, təxminən iki min nəfərlik yetkin Amerikalı müsahibədə iştirak edib.Məlum olub ki hal hazırda respondentlərin yalnız 2% -nin bitcoini var, 70% -dən çox hissəsi isə  "bitcoin almaqda maraqlı olmadıqlarını" bildirdilər. Digər 26% "maraqlandıqlarını", lakin yaxın gələcəkdə bitcoin almağı planlaşdırmadıqlarını bildirdilər.

Tədqiqat göstərir ki, az sayda investorların rəqəmsal valyutalara malik olmasının əsas səbəbi bitcoin-də investisiya riskidi. Xüsusən, 75% bitcoini "çox riskli" hesab edir,  0.5% (və ya 10 nəfərdən az) bitcoinin "heç bir risk daşımadığına inanır". Yalnız 2% bitcoinin "çox riskli aktiv olmadığını " və qalan 23% bitcoinin "bir qədər riskli aktiv" olduğunu düşünür.

>

Hal-hazırda  çox investorlar bitcoin haqqında az məlumat bilirlər. Çox az adam bitcoin'e artıq sərmayə qoymuşdur və hətta daha az investor yaxın gələcəkdə bunu planlaşdırır

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR