SAĞLAMLIQ

Torlu qişanın distrofiyaları

  • 04 Aug 2018
  • 159213 baxış

Distrofiyalar - torlu qişanın daha çox yayılan xəstəlikləridir.
Ümuni məlumat:
Bu zaman torlu qişanın hüceyrələrinin tədricən məhv olması nəticəsində getdikcə görmə zəifləyir. Distrofiyalar anadangəlmə və qazanılma olur. Çox vaxt distrofiyalar hər hansı sistem xəstəliklərinin - maddələr mübadiləsi, endokrin xəstəliklər, mitoxondrial xətəliklər ilkin əlaməti ola bilər.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, sarı cismin yaşla əlaqədar degenerasiyası - əsasən qoca adamlarda iki tərəfli görmənin pozulması demıkdir. Əksər hallarda torlu qişanın altında, sarı cisim nahiyəsində xüsusi maddələrin toplanması nəticəsində piqment epitelinin distrofiyası baş verir. Bu zaman fotoreseptorların funksiyaları pozulur və görmə zəifləyir. Xəstənin görməsi birdən-birə zəifləyir, gözlərin qabağında duman olur, görmə sahəsi itir.
Mərkəzi seroz xoriopatiya- əsasən kişilərdə 20-50 yaş arası olur. Bu zaman torlu qişanın altında damar topası yığılır, bu da torlu qişanın qabıqlanmasına səbəb olur, görmə pozulur. Bu zaman lazer koaqulyasiyası effektiv üsuldur.
Torlu qişanın irsi distrofiyaları - həyatın ilk aylarında və ya həyatın ikinci yarısında inkişaf edə bilər. Xəstələr alatoran görmədən, gözlərinin qabağında işıq qıgılcımlarından şikayətlənirlər. Bəzən əşyaları təhrif olumuş görürlər. Xəstələr pilləkənlə hərəkət edərkən, yolu keçərkən, içıqlanma zəif olduqda çətinlik hiss edirlər.
Piqment distrofiyaları - daha çox torlu qişanın periferiyasında piqment toplanır. Hər iki göz zədələnir. Piqment topaları "sümük cisimcikləri" adlanır, bunlar getdikcə gözün mərkəzinə doğru artır. Uşaqlıqdan və ya həyatın ikinci yarısından inkişaf etmıyə başlayır. Xəstədə dumanlı havada görmənin tədricən zəifləməsi, 40-60 yaşlarda korluq baş verir müalicədə qan təchizatını yaxşılaşdıran və qidalandıran preparatlar istifadə ounur. Müalicəsi az effektivdir.
Bu portald
XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45766 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 637 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 638 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 608 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 713 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO