SAĞLAMLIQ

Göz sklerasının xəstəlikləri

  • 04 Aug 2018
  • 70 baxış

Sklerada iltihabi proseslər məhəlli və həm də diffuz olmaqla, əsasən skleranın ön yarısında, ekvatorla limb arasında yerləşır.
Skleranın 2 növ iltihabı məlumdur: səthi episklerit və dərin sklerit.
Episklerit-skleranın səthi iltihabı, məhəlli olaraq səthi episkleral qan damarlarının hiperemiyası ilə başlayır. Həmin nahiyədə episklera toxuması diffuz halda düyün şəklində qalınlaşır. Hiperemiya tezliklə bənövşəyi rəng alır, episklera şişkinləşir. Həmin nahiyəyə toxunduqda azacıq ağrı hiss edilir.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, episkleritin klinik gedişi xronikidir, tez-tez residiv verir və beləliklə, bir neçə il davam edir, nadir hallarda hər iki gözdə də ola bilər. Xroniki gedişinə baxmayaraq heç bir iz buraxmadan sağalır.
Sklerit - skleranın dərin iltihabında infiltrat onun dərin qatlarında yerləşır. İnfiltrat, adətən, bir nahiyədə yerləşir, bəzən isə eyni vaxtda iki və hətta bir neçə nahiyəni əhatə edir. Ağır kliniki formalarda iltihabi proses bütün perikorneal sahəni əhatə edir. Gözdə bərk ağrılar olur. Prosesə çox vaxt buynuz qişa, qüzehli qişa və kirpikli cisim cəlb olunur, arxa bitişmələr əmələ gəlir, ön kamera mayesi bulanıqlaşır. Skerit xroniki keçir, residiv verir. Xəstəliyin yüngül formalarında infiltratlar sorulur, heç bir iz buraxmır.
Xəstəliyin ağır keçən klinik formalarında toxuma nekrozlaşır, yeri çapıq toxuması ilə əvəz olunur. Həmin nahiyədə sklera nazıkləşir, xorioideya və kirpikli cisim əks olunur, bəzən sklera həmin nahiyədə genışlənir, qabarmış olur ki, bu da stafiloma adlanır. Görmə itiliyi zəifləyir.
Sklerit və episkleritin etiologiyasında vərəm, revmatizm, maddələr mübadiləsinin pozulması, qrip və s. infeksion xəstəliılər rol oynayır.
Müalicəsi:
Ümumi müalicə etiologiyaya qarşı aparılır və əlavə kortikosteroidlər təyin edilir. Yerli müalicədə adrenalin, kortizon, atropin, kaisium-xlorid damcıları və göz nahiyəsinə diatermiya, ionoforez təyin edilir.
XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45301 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 134 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 139 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 117 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 151 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO