idman

\"Real\" Modriçi \"İnter\"ə sata bilər

  • 04 Aug 2018
  • 155229 baxış

İspaniyanın "Real" (Madrid) klubunun prezidenti Florentino Peres yarımmüdafiəçi Luka Modriçin İtaliyanın "İnter" klubuna keçidini müzakirə etməyə hazırdır.

Trend-in məlumatına görə, kral klubunun prezidenti 32-yaşlı L.Modriçin transferindən 60 milyon avro qəzanmağı düşünür.

"İnter" L.Modriçi 15 milyon bir illik kirayələmək və daha sonra 25 milyon avroya almaq istəyir. Lakin "Real" klubunun prezidenti F.Peres "İnter"dən kirayələməyə görə 25 milyon, daha sonra isə 35 milyon avro almağı düşünür.

Bundan əlavə, "İnter" xorvtiyalı yarımmüdafiəçinin agentləi ilə danışıqlar aparır. L.Modriçə "İnter"də 4 illik müqavilə təklif olunur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR