SAĞLAMLIQ

Arterial təzyqin göz damarlarına təsiri

  • 04 Aug 2018
  • 158813 baxış

Arterial təzyqin göz damarlarına təsiri.
Yüksək arterial təzyiqin zərər verdiyi orqanlar siyahısında damarlar ön sıralardan birində durur. Yüksək arterial təzyiq zamanı damarlarda baş verən patologiyalara aiddir:
- beyinin xırda arteriyalarının zədələnməsi
- okklüziya
- mikroanevrizmlər
- insult
- böyrək arteriyalarının zədələnməsi
- damar zədələnmələri səbəbli orqanlarda baş verən funksional pozğunluqlar.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, arterial təzyiqin damarları zədələnməsini bilməyin informativ üsulu göz dibinin yoxlanmasıdır. Bunun xəstəliyin proqnozmaşlasmasında əhəmiyyəti böyükdür. Keyt Vaqnerin təsnifatına görə hipertonik retinopatiyanın 4 mərhələsi ayırd edilir:
1-ci mərhələ
arteriolların azca daralması, angioskleroz
2-ci mərhələ
arteriolların daha çox daralması, arteriya-venoz çarpazlaşma, retinopatiya yoxdur
3-cü mərhələ
angiospastik retinopatiya, gözlərə qansızma, göz qişasının şişməsi
4-cü mərhələ
göz siniri diskinin şişməsi və damarların əhəmiyyətli dərəcədə daralması.
Arterial təzyiq səbəbli retinopatiya zamanı ilkin mərhələlərdə görmə qabiliyyəti pozulmur. Çoxlu eksudatlar və qansızmalar görmə sahəsində qüsurlar, makulanın zədələnməsi zamanı isə korluq yaranmasına səbəb olur.
1-ci və 2-ci mərhələ retinopatiya xoşxassəli, 3-cü və 4-cü mərhələ retinopatiya isə bədxassəli arterial təzyiq üçün xarakterikdir.
XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO