Siyasət

Paşinyandan hiyləgər gediş...

  • 04 Aug 2018
  • 341 baxış

"Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti hiyləgər gedişini etdi. Bəllidir ki, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu həbs etmək istəyi Kremlin xoşuna gəlməyib və Rusiya rəsmiləri İrəvanın bu qərarına açıq etirazlarını bildiriblər. Ancaq Paşinyan Moskvanın bu etirazı qarşılığında "səhv etdik, Yuri Xaçaturov fəaliyyətinə davam edə bilər" desəydi, tərəfdarlarının gözündə zəif görünəcəkdi, onun ünvanına "Kremlin xəbərdarlığından qorxdu" ifadəsini səsləndirəcəkdilər".

XalqTV.com xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

/>

Rusiya hiddətlənib - Fəlakətlər astanasında...

Ekspertin fikrincə, belə olan halda Paşinyan çox hiyləgər addım atıb: "Ermənistanın Baş naziri təşkilata Yuri Xaçaturovun əvəzinə baş katib kimi keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın namizədliyini irəli sürdü. Kreml Xaçaturovun geri qaytarılmasına etiraz etsə də, Vaqarşak Arutunyanın namizədliyinin əleyhinə də açıq mövqe bildirməkdə çətinlik çəkir. Çünki, Paşinyanın irəli sürdüyü Vaqarşak Arutunyan tam ruspərəstin biridir, bu general məhz Rusiyanın dəstəyi ilə Ermənistanda 1990-cı illərdə vacib hərbi postlarda çalışıb. Beləcə, Paşinyan Xaçaturovu geri çağırmaqla Moskvadan çəkinmədiyini, Vaqarşak Arutunyanın namizədliyini irəli sürməklə isə Moskvanın maraqlarını nəzərə aldığını biruzə verir. Tam erməni gedişidir".

İlkin İzzət
XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR