İqtisadiyyat

Avropa bürküdə qıvrılır: yüzlərlə insan vəfat edib, istilər +50 dərəcəyə çatıb

  • 04 Aug 2018
  • 398 baxış

Avropada havalar həddən artıq isti keçir. Bu gün İspaniya və Portuqaliyada havanın temperaturunun +50 dərəcəyə çatacağı gözlənilir.

Populyar kurortları turistlər kütləvi şəkildə tərk etməyə başlayıblar.

Polşa və Çexiyada tropik istilərdir. Estoniyada həddən artıq isti havalar tarlalarda məhsulu məhv edib. Rəsmi Tallin müflislik həddinə çatmış fermerlərə birdəfəlik yardım qismində büdcədən 20 milyon avro ayırıb.

Finlandiyada vəziyyət o yerə çatıb ki, paytaxt Helsinkidə şəhər meriyası sakinləri güclü kondisionerlərin işlədildiyi supermarketlərdə gecələməyə çağırıblar.

Britaniyada hakimiyyət dairələri fövqəladə vəziyyət rejimində çalışır.

Günvurmadan və bürküdən ölənlərin sayı artıq 650 nəfərdir. Britaniya Səhiyyə Nazirliyi xəbərdarlıq edib ki, ölənlərin sayı artaraq 1000 nəfərə çata bilər.

İndiyədək Avropada ən isti hava 1977-ci ildə Afinada qeydə alınıb. Həmin rekord +48 dərəcə idi.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR