idman

"Arsenal"da ciddi itki - O, 2 ay oynamayacaq

  • 04 Aug 2018
  • 374 baxış

Yeni mövsüm öncəsi "Arsenal"ın heyətində ciddi itki baş verib.

XalqTv.com xəbər verir ki, "topçular"ın müdafiəçisi Sead Kolaşinaç zədələnib. Beynəlxalq Çempionlar Kubokunda "Çelsi" ilə oyunda (1:1) zədələnən futbolçunun durumu ciddidir. Dizindən xəsarət alan 25 yaşlı oyunçu 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Kolaşinaç "Arsenal"a 2017-ci ildə "Şalke"dən transfer olub. Alman futbolçu ötən mövsüm London klubunun heyətində meydana çıxdığı 36 qarşılşamada 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR