idman
Rikkiardo \"Red Bull\"dan gedir
"Reno" "Red Bull"dan Daniel Rikkiardonu heyətinə cəlb edib.
XalqTV.com xəbər verir ki, onunla 2 illik müqavilə imzalanıb. Avstraliyalı idmançı 2019-cu ildən etibarən "Reno"nun uğurları üçün çalışacaq. Rikkiardo Niko Hülkenberqin komanda yoldaşı olacaq.
29 yaşlı idmançı "Reno"ya keçidi haqda danışıb: "Karyeramda ən çətin qərarlardan biri oldu. Ancaq yeni bir mübarizə üçün düzgün zamanın olduğunu düşünürəm. "Reno"nun ən yüksək səviyyədə mübarizə aparmaq üçün qarşısında uzun yol olduğunun fərqindəyəm. Və son 2 ildə inkişaf etmələrindən təsirləndim".
XalqTV.com
RƏYLƏR