Xəbərlər

Yol polisindən sürücülərə müraciət

  • 03 Aug 2018
  • 155191 baxış

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların sahiblərinə texniki baxışdan keçməklə bağlı müraciət edir.

XalqTv.com-un məlumatına görə, idarənin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-ə qədər davam edəcək.

Bölmə rəisi bildirib ki, hazırda Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində əməkdaşlar istirahət etmədən çalışırlar: “Yük avtomobili və avtobus sahiblərinə müraciət edirik ki, vaxtında öz avtomobillərini texniki baxışdan keçirsinlər. Xatırladırıq ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir”.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR