idman

\"Çelsi\" hücumçusu ilə müqaviləni uzatdı

  • 03 Aug 2018
  • 158807 baxış

"Çelsi" klubu ulduz futbolçusu Pedro ilə müqaviləsini bir il daha uzadıb.

XalqTV.com xəbər verir ki, 2015-ci ildə "mavilər"ə qatılan ispaniyalı oyunçu müqaviləsini 2020-ci ilə qədər uzadib.

Qeyd edək ki, 31 yaşlı futbolçu bugünə qədər komandasında 131 oyuna çıxıb və 28 qol vurub.

Pedro klubun rəsmi saytına açıqlamasında bildirib:

"Bu mənim üçün çox yaxşıdır. Burada komanda yoldaşlarımla, tərəfdarlarımla birlikdə hər şey əladır. Ümumilikdə mən klubda özümü xoşbəxt hesab edirəm. "Çelsi" ilə davam etmək mənim üçün vacibdir, mən burada rahatam. Həmçinin yeni titullar və kuboklar qazanmaq arzusundayam. Komandaya kömək etmək, qol vurmaq istəyirəm və təkrar edirəm, həqiqətən burada xoşbəxtəm".

Klubun direktoru Marina Qranovskaya isə bu barədə bildirib:

"Pedronun qalması bir il də rəsmiləşdiyi üçün çox razıyam. Bir "Çelsi" oyunçusu olaraq o meydanda öz bacarıqlarını həmişə göstərib və biz onun daha da inkişaf edəcəyinə ümid edirik"

Afaq Rza
XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR