idman

Millimiz Belarusa uduzdu

  • 03 Aug 2018
  • 154524 baxış

Minskdə təlim-məşq toplantısında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

XalqTV.com AFFA-nın saytına istinadən xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə uduzub.

Rəqib hər üç qolu penalti zərbəsindən vurub. U-17-nin heyətində isə Rauf Məhərrəmovla Musa Qurbanlı fərqlənib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR