idman

"Real" xorvatiyalı ulduzuna astronomik qiymət qoydu

  • 03 Aug 2018
  • 159203 baxış

“Real Madrid”in prezidenti Florentino Perez xorvatiyalı ulduz Luka Modriçin qiymətini açıqlayıb.

XalqTv.com xəbər verir ki, prezident xorvatiyalı yarımmüdafiəçinin “Real Madrid”dən yalnız 750 milyon avro qarşılığında transfer ola biləcəyini dilə gətirib.

İtaliya mətbuatının verdiyi xəbərə görə, “İnter” 2018 Dünya Çempionatındakı performansı ilə Xorvatiya millisinin finala getməsində baş rolu oynayan 33 yaşlı futbolçunu transfer siyahısına salıb. Perez buna cavab olaraq Modriçə fantastik qiymət qoyub və onun transferini bu yolla mümkünsüz edib.

FİFA tərəfindən DÇ-2018-in ən yaxşı oyunçusu seçilən Lukanın İspaniya nəhəngi ilə 2020-ci illə qədər müqaviləsi var. O, 2012-ci ilin yayında 30 milyon avro qarşılığında “Tottenhem Hotspur”dan “Real”a keçib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR