Mədəniyyət

Hilali gördünmü?

  • 02 Aug 2018
  • 155295 baxış

Müsəlmanların iki müqəddəs bayramı var: oruc və qurban. Hicri təqvimi ilə qeyd olunan bu bayramlar bəlli bir aya məxsus olsa da (ramazan və zülhiccə) bəlli bir günə məxsus deyillər. Qəməri aylara əsaslanan bu aylar hicri təqviminin 10 günlük fərqi ilə ilin hər fəslində olur, hər miladi ayına təsadüf edirlər.
XalqTV.com azerislam.com-a istinadən bildirir ki, dünyanın bütün ölkələrində yanvar ayı yanvarın birində gəlir, il dekabrın 31 sonlanır. Bütün miladi ayların ardıcıllıqla normal gəldiyi bu dünyaya nədənsə bir ramazan, bir də zülhiccə fərqli vaxtlarda gəlir. Bu vaxta qədər yeni il bu gün deyil sabahdır deyə iki dünyalığın mübahisə etdiyini görmüsünüzmü? Mart ayının 20-si bu gün deyil sabah olacaq deyənə rast gəlmisinizmi? Hər kəsin cüməsi də, çərşənbəsi də, şənbə və bazarı da eynidir. Bazar ertəsi işə getməyib mən bu günü bazar günü bilmişəm deyə bəhanə gətirənimiz də yoxdur. Deməyim odur ki, bütün dünyanın proletarları birləşə bildi də, bir müsəlmanlar birləşmədi. Dünyanın miladi təqvimi tartışılmaz qəbul etdiyi zamanda biz hələ də hicri təqvimində ortaq məxrəcə gələ bilməmişik.
Sorun dünyadamı, dünyanı dərk etməyən müsəlmandamı? Bu dünyada bircə dənə ay yoxdurmu? Onun ayı bir gün əvvəl, mənim ayım bir gün sonramı çıxır? Allah ayı bizim üçün təqvim olaraq müəyyənləşdirməyibmi?
Texnikanın inkişaf etmədiyi, internetin və televiziyanın olmadığı, astroloji xəritələrin hər kəsin əlinin altında olmadığı bir zamanda belə alimlər yığılmış və ortaq bir qərara varmışlar. "Dünyanın hər hansı bir yerində hilal göründüyü zaman bütün müsəlmanlar oruca başlamalımı, başlamamalımı? Hər kəs hilalı görməlimi, görməməlimi?" suallarını cavablandırmışlar. Bu sual o zaman bəlkə aktual idi, bəlkə o dövrün insanının bu sualı verməsi normal idi ki, Hənəfi, Maliki, Hanbəli kimi bir çox alimlər bu sualı belə cavablandırmışlar: "Dünyanın hər hansı bir bölgəsində görülən hilal digər yerlərdə də görülmüş qəbul edilməlidir. Hilalın dünyanın fərqli yerlərində, fərqli saatlarda görülməsi olan "ixtilaf-mərail"a etibar edilməməlidir. Üləmaya görə hilal dünyanın hər hansı bir yerində üsuluna uyğun bir şəkildə görüldüyü zaman istər uzaq, istərsə yaxın yerdə olan bütün müsəlmanlar buna uymalı, oruca başlamalıdırlar. Bayramlarda da bu görüntü əsas alınmalıdır. Biri görüb xəbər verdisə ona uyulacaq. İxtilafı mətalia etibar edilərsə fərqli ölkə və bölgələrdə eyni gündə oruca başlanması və ya bayram edilməsi mümkün deyil"*
Nə şanslıyıq ki, biz ilin bütün fəsillərdində hilalı görür, görə bilirik. Amma qütüblərdə yaşayanların hər zaman belə imkanı olumur. Oralarda ilin müəyyən zamanlarında bəzən günəş heç doğmur, bəzən də heç batmır. Onlar bu il hilalı görmədik, bu il oruc tutmamalıyıqmı deməli, yoxsa hesaba uymalı, görənlərə inanmalı, oruca başlamalıdırlarmı?
Bu gün texnikanın imkanları bizə ayı görmədən belə onun dəqiq çıxacağı vaxtı hesablama imkan verir. Biz "qərbin" icat etdiyi hər şeyə uyduq da bir "aplikeyşn"lərəmi uya bilmədik? Əlimizdə son model telfon, tabletlərlə yaşan bizlərin hillalın görünüb görünməməsini təsbit etməməsi imkansızdır və bəhanədən başqa heç bir şey deyil.

P.S. Hər il eyni sorun, eyni soru: kimə uyaq? Məkkə nə zaman bayram edir, Türkiyə nə deyir? İranda bayram namazı nə zamdır, İraqda bayram olacaqmı? Sizin kimə uyub uymayacağınıza mən qərar verə bilmərəm. Amma mənim bir o tək Olan Allahın tək bir dənə yaratdığı hilalına uyduğum kəsin. Hilalı gördüyüm zaman orucumu tutar, hilalı gördüyüm zaman bayramımı edərəm. Varsın bütün dünya başqa bir gün bayram etsin.

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR