idman

Bonuççi yenidən \"Yuventus\"da

  • 02 Aug 2018
  • 158840 baxış

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.

XalqTV.com xəbər verir ki, "Turin" təmsilçisi "Milan"ın müdafiəçisi Leonardo Bonuççini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya millisinin üzvü "Yuventus" üçün tibbi müayinədən keçib. Onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, 31 yaşlı müdafiəçi ötən mövsümün əvvəlində 42 milyon avro qarşılığında "Yuventus"dan "Milan"a transfer olmuşdu.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR