idman

\"Qarabağ\" - BATE matçının biletləri satışda

  • 02 Aug 2018
  • 158249 baxış

"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində BATE ilə keçirəcəyi ev oyununun biletləri artıq satışa çıxarılıb.

XalqTV.com klubun rəsmi saytına istinadən xəbər verir ki, "qara bazar"ın qarşısını almaq üçün azarkeşlər biletləri ilkin mərhələdə yalnız "Qarabağ"ın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionun kassalarından və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər.

Bilet alarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, "Qarabağ" - BATE matçı avqustun 7-i saat 21:00-da start götürəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR